Sumqayıtda əmək yarmarkası təşkil olunacaq. Bu haqda 11 may tarixində Sumqayıt24 Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.
Yarmarka mayın 14-də saat 10:00-dan 17:00-a kimi Sumqayıt Dövlət Universitetinin (SDU) inzibati binasında keçiriləcək. Tədbirdə 60-dan yuxarı müəssisənin iştirakı nəzərdə tutulub.
Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada təqdim olunacaq.
Ünvan: 43-cü məhəllə, Bakı küçəsi, 1.