Sumqayıtda əmək yarmarkası keçiriləcək. Sumqayıt24 bu haqda 29 iyun tarixində xəbər verir.
Tədbir Abşeron–Xızı Regional Məşğulluq filialının dəstəyi ilə təşkil olunacaq. Namizədlərdən şəxsiyyət vəsiqələri tələb ediləcək. Yarmarkaya CV nümunəsi ilə birlikdə gəlmək arzuolunandır.
Tarix: 5 iyul.
Vaxt: 10:00-11:00.
Ünvan: Z. Hacıyev, 64 (Abşeron–Xızı Regional Məşğulluq filialı).