Sumqayıtda sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, zəif çiskin olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-11° isti olacaq.