İtə işgəncə verən şəxsin kimliyi məlum olub. Sumqayıt24 bu haqda 18 iyul tarixində Oxu.az-a istinadən xəbər verir.
Bu, 5 saylı Mənzil Kommunal Sahəsinin əməkdaşı Yavər Hüseynovdur. Yavər itə işgəncə vermədiyini, sakinin şikayəti əsasında binanın dəhlizinə baxmağa getdiyini bildirib:
"Gördüm ki, itin ayağı zədəlidir. Özünə toxuna bilmədiyimdən ipi boğazına bağlayıb oradan dartıb çıxardım. Sürüyüb zibilxanaya apardım. Bu zaman ətrafdakılar üstümə düşdülər ki, iti boğursan".
Araşdırma aparılır.