İyulun 31-də gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda 30 iyul tarixində Sumqayıt24 xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Sumqayıtda hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 28-33° isti olacaq.