Sumqayıtda oğurluq edən şəxs tutulub. Sumqayıt24 bu haqda 8 iyul tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən Abşeron rayonu ilə yanaşı, paytaxtda və Sumqayıt şəhərində 50-dən artıq velosiped və skuter oğurlayan əvvəllər məhkum olunmuş Murad Qubadov saxlanılıb. O, iaşə obyektlərinin kuryerlərinin velosiped və skuterlərini oğurlayaraq satıb.
Araşdırmalar davam etdirilir.