Özbəkistanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında (SCİP) olub. Bu haqda bu gün, 21 iyun tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Qonaqlar arasında Özbəkistanın Ticarət və Sənaye Palatasının sədr müavini Farxodjon Toşpulatov və özbək iş adamları olublar. Nümayəndələrə sənaye zonalarının təqdimatı keçirilib. Görüş zamanı burada istehsal olunan məhsulların ixrac imkanları və digər məsələlər müzakirə edilib.
Sonda iş adamları “Azerfloat” QSC-nin şüşə istehsalı müəssisəsi ilə tanış olublar.