Sumqayıt Kimya Sənaye Parkının rezidenti yumşaq polimer qablaşdırma məhsullarının istehsalı müəssisəsində son tamamlama işləri görülür. Bu haqda 9 fevral tarixində Sumqayıt24 İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Hazırda “AK PACK” MMC-də avadanlıqların sınaq-sazlama işlərinə başlanılıb, yaxın günlərdə isə xammal və hazır məsul anbarının tikintisinə start veriləcək. İtaliya və Türkiyə texnologiyalarının tətbiq olunacağı müəssisədə 2 istehsal xətti üzrə 20 çeşiddən çox məhsul istehsal ediləcək.
İnvestisiya dəyəri 7 milyon manatdan çox olan müəssisədə 35 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Orta Asiya, Yaxın Şərq və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur.