Sumqayıt Dövlət Universitetində (SDU) “Kimyada elmi-tədqiqat metodları” adlı təlim təşkil olunacaq. Bu haqda 20 may tarixində Sumqayıt24 xəbər verir.
Təlim Türkiyə Cümhuriyyəti Koç Universitetinin Kimya üzrə fəlsəfə doktoru, tədqiqatçı Toğrul Alməmmədovun mentorluğu ilə keçiriləcək. Görüş 22 may saat 15:00-da SDU-nun kiçik akt zalında baş tutacaq.