“Kimyaçı” Mədəniyyət Sarayında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub. Sumqayıt24 bu haqda 11 may tarixində Sumqayıt Bələdiyyəsinə istinadən xəbər verir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbirdə bildirib ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. O, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
Qeyd olunub ki, Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olub. Bu gün şəhərimiz artıq sözün əsl mənasında ulu öndərin arzuladığı kimidir.
Sonda ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.