Sumqayıtda “İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə saatı keçirilib. Bu haqda 5 may tarixində Sumqayıt24 xəbər verir.
Tədbir S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları tərəfindən keçirilib. “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin ofisində baş tutan toplantıda 15 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Çıxış edənlər insan alverini törədən amillər haqqında və onunla mübarizə yollarından bəhs ediblər. Daha sonra insan alverinə qarşı mübarizəyə həsr edilmiş təqdimat nümayiş etdirilib. Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılara bukletlər paylanılıb.