Sumqayıtda “A-dan Z-yə kargüzarlıq” mövzusunda təlim keçirilib. Bu barədə 18 oktyabr tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.
KOBİM-in eksperti tərəfindən kargüzarlıq işi və onun təşkilinin praktiki əhəmiyyəti, ümumi və sahəvi kargüzarlığın təşkili prinsipləri barədə iştirakçılara məlumat verilib.
Seminarda 7 sahibkar iştirak edib. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.