“Sumbuilders” robototexnika kollektivinin mentorluq etdiyi komandalar irəliləməyə davam edir. Bu barədə 19 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıtın “SUMUR” (47.14 bal) və “AeroSUM” (37.14 bal), Bakının “Baku Stark” (42.86 bal) komandaları yüksək nəticə ilə “STEAM Azerbaijan” festivalında final mərhələsinə yüksəlib.
Onlar “SAF - STEAM Azerbaijan Festival” çərçivəsində İnnovativ Sərgidə iştirak edəcəklər.