Hərbi qulluqçulara Sumqayıtda mənzillər veriləcək. Sumqayıt24 bu haqda 17 mart tarixində Report.az-a istinadən xəbər verir.
Prezident İlham Əliyevin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanı ilə yaradılan Komissiyanın növbəti iclası keçirilib.
Toplantıda növbəyə qəbul edilən hərbi qulluqçuların 461 nəfərinə Sumqayıt və Bakı şəhərlərində, habelə Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərin verilməsi barədə qərar qəbul edilib.