Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vətəndaş qəbulu keçirəcək.
Sumqayit24.az xəbər verir ki, martın 19-da Abşeron rayonunda təşkil olunacaq görüş saat 10:00-da başlayacaq. Qəbulda Abşeron, Sumqayıt, Xızı, Zəngilan və Qubadlıdan olan sakinlərin müraciətləri dinləniləcək.