Sumqayıtda koronavirus xəstəsi əmisi qızının toy məclisində iştirak etmək istəyib. Bu haqda bu gün, 3 dekabr tarixində Xeberle.com məlumat yayıb.
Məlumata əsasən, 25 yaşlı Ağcabədi rayonu Təzəkənd sakini Ehtiram Qasımovun COVID-19 testinin nəticəsi pozitiv olduğu halda o, karantin qaydalarını pozaraq toya qatılmaq istəyib. Nəticədə, Ehtiram Sumqayıtda yerləşən "Park Palace" restoranına daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
E. Qasımov barəsində araşdırma aparılır.