Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçiriblər.
Sumqayıt24 xəbər verir ki, monitorinq zamanı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Rustavi küçəsi, 20-ci məhəllədə fəaliyyət göstərən ədviyyatların qablaşdırılması müəssisəsində nöqsanlar tapılıb. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Müəssisə rəhbəri Zaur Manafov cərimələnib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.