Kotec qəsəbəsindəki küçələrin birində işıq dirəklərində nasazlıq yaranıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, Pərviz Hüseynov küçəsində ərazini işıqlandıran dirəklər dayanmadan yanıb-sönür.
“Bu vəziyyət burada tez-tez təkrarlanır. Hətta işıq dirəkləri yanıb-söndükcə yerə qığılcımlar atır”,- deyə şikayətçilərdən biri narahatlığını ifadə edib.
Vətəndaşlar aidiyyəti qurumlardan bu nasazlığın tezliklə aradan qaldırılmasını tələb edirlər.