23 dekabr tarixində Laçın rayonunda həlak olan sumqayıtlı hərbi qulluqçu dəfn olundu. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Məlumata əsasən, rayonun Qaragöl ərazisində həlak olan 19 yaşlı Rəhim Dadaşov Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində hərbçimizin ailə üzvləri, yaxınları, həmçinin hərbçilər və şəhər sakinləri iştirak ediblər.
Foto Sumqayıt24
Foto Sumqayıt24