top
“Liman” klinikasinda şok olay: qadın əməliyyatdan gözü çəp çıxdı
09 iyul 2024, 04:20
- +

“Liman” klinikasinda şok olay: qadın əməliyyatdan gözü çəp çıxdı

Sumqayıtda burun əməliyyatına girən qadının gözündə çəplik yaranıb. Sumqayıt24 bu haqda 9 iyul tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.

Ramilə Məmmədova adlı vətəndaş bildirib ki, anası Nuridə Zülfüqarova burnundakı polipə görə əməliyyat edilib. Gözü də məhz bu zaman zədələnib:

“Anam astma xəstəsi olduğu üçün polip onu çox narahat edirdi, nəfəs almasını çətinləşdirirdi. Buna görə də mayın 29-da anam “Liman” klinikasında burun əməliyyatına girdi. Əməliyyatı Əfqan Ağagülov etdi. Əməliyyat bitəndən sonra biz anamın gözündə çəplik yarandığını gördük. Bununla bağlı həkimə bildirdikdə bizə dedi: “Bir ay gözləyin, düzələcək”. Bir ayın tamamında qəbuluna getdik. Bu dəfə bizə dedi ki, 4-5 ay gözləyək. Sual verdik: “4-5 ay sonra düzəlməsə?” Dedi: “Gedərsiniz, əməliyyat etdirərsiniz”. Pulumuz olmadığı, gözdəki problemi o yaratdığı üçün əməliyyatın da xərcini onun çəkməli olduğunu dedikdə isə bizə: “Sizə borcum var?!”, – sözünü dedi.

Anamın əməliyyatı sığorta ilə olub. Buna görə də həkim deyir ki, ona heç bir pul verilməyib.

Xanımın sözlərinə görə, 54 yaşlı Nuridə Zülfüqarova II qrup əlildir. 35 ildən çox bağça müəllimi olub. İndi isə yaranmış problemdən dolayı işləyə bilmir:

“Anam gözünə görə yeriyə də bilmir. Bu səbəbdən atam da işə gedə bilmir və ona qulluq edir. Biz başqa həkimlərin qəbulunda olduq. Hazırda anamın gözünü iki əməliyyat gözləyir. İlk olaraq gözünün alt hissəsindəki sümük 4 mm qırıldığı üçün təkrar əməliyyat edilməli, 6 ay sonra isə gözündə yaranan çəpliyin aradan qaldırılması üçün yeni bir əməliyyata girməlidir. Hər keçən gün bizim üçün olduqca önəmlidir. Çünki həkimlər bildirdilər ki, əgər vaxtında əməliyyat olunmasa, görmə qabiliyyətini itirəcək. Axırıncı dəfə Əfqan Ağagülova ötən həftənin 5-ci günü zəng etdik. Ona bildirdik ki, əməliyyatın birinə 3000 manat pul lazımdır. Pulu bizə yox, elə əməliyyatı edəcək həkimə verməsini dedik. Lakin o verməyəcəyini bildirdi. Çarəsiz qalmışıq. Burnundakı problemi həll etdirmək istəyərkən daha böyük problemlə qarşı-qarşıyayıq. Başımız o qədər gözə qarışıb ki, artıq burun yaddan çıxıb”.

Şikayətçi həkimlə danışıq apararaq məsələni həll etmək istədiklərini də vurğulayıb. Bunun üçün dəfələrlə onun qəbulunda olub, telefonla da danışıblar. Lakin həkim onlarla kobud rəftar edib. Bundan sonra vətəndaş Sumqayıt Şəhər Prokurorluğuna müraciət edib.

İttiham edilən tərəf – otorinolarinqoloq Əfqan Ağagülov da məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, şikayətçi şəxslər əməliyyatın müalicəsini gözləməyiblər:

“Mənə deməyiblər ki, xəstəni müalicə edim. Pul tələb edirlər. Mən özüm də bu gün hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Hərə öz əməlinə görə cavab verəcək. Mən sonuncu dəfə xəstəni müayinə edəndə gördüm ki, verilmiş təyinata əməl etməyib. Nuridə xanımın əməliyyatdan əvvəl və sonrakı müayinə nəticələri var. Həmin nəticələrdən irəliləyişin olduğu bəlli olur. Onlar xəstəni həkimdən qaçırdılar. Başqa professorların yanına apardılar. Mən onlara demişdim xəstəni gətirsinlr. Lakin onlar gətirmədilər, müalicədən yayındılar. Müalicə davamlı getsə, irəliləyiş də olacaqdı. Onun burnu sağalmalıdır ki, daha sonra gözünü də müalicə edək. Əməliyyatların qiyməti də İcbari Tibbi Sığortanın xidmətlər zərfində var. İTS qanunla nizamlanan dövlət orqanıdır və onların dediyi cərrahi əməliyyat 250 manat qiymətləndirilir, 3000 manat yox. Məni döyməklə hədələdilər, təhqir etdilər. Bütün bunlara görə qanun qarşısında cavab verməli olacaqlar. Qanunvericiliklə hər şey həll olunur. Klinikanın təhlükəsizlik kameraları var. Əməliyyat olunan xanımın qızları öz telefonları ilə gizli şəkildə çəkiliş aparıblar. Xəstənin müalicəsini gözləmədən pul tələbinə başlayıblar”.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
Dünən, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
Dünən, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
Dünən, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Bütün xəbərlər
Dünən, 16:34

Sumqayıtda uşaqları ilk qəbul edən məktəb hansıdır? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda yaşayış binasını həşərat basıb

İdman
Dünən, 15:23

Sumqayıtlı çempion azarkeşlərlə görüşüb, avtoqraflar paylayıb

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtda sabah hava dumanlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tullantı məntəqələri yarım milyon manata abadlaşdırılacaq

Bütün xəbərlər
Dünən, 13:50

SDU-nun rektoru tələbələrə: "AI-nin hər dediyinə inanmayın"

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda lövhə qəzaya səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda gecə kabusu: "İydən boğulurduq"

İdman
Dünən, 12:05

"Sumqayıt" - "Şamaxı" matçını bu sayda azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 11:35

Sumqayıtda 2026–2027-ci tədris ili start götürdü - RƏQƏMLƏR

Bütün xəbərlər
Dünən, 11:05

Pakistanlı ata-oğulu öldürmək istəyən şrilankalılar Sumqayıt məhkəməsinin hökmündən narazıdırlar

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayıtda şəhid jurnalistin oğlu üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 09:53

19 yaşında Vətən üçün canından keçən Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:23

124 min uşaq üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 07:00

Azərbaycanda bu gün Bilik Günüdür

Bütün xəbərlər
14 sentyabr 2026, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
14 sentyabr 2026, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
14 sentyabr 2026, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
14 sentyabr 2026, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Oxşar xəbərlər