Almaniyanın Lüdviqshafen şəhərinin büyük nümayəndə heyəti Sumqayıta səfər edib. Bu haqda 1 iyun tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
Ziyarət bu il Sumqayıt və Lüdviqshafen şəhəri arasında dostluğun 36, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 46 ili tamam olması münasibətilə təşkil olunub. İcra başçısı Zakir Fərəcov, Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruk, həmçinin rəsmi və vətəndaş cəmiyyətinin nümayəndə heyətinin üzvləri Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.
Səfər konfransla davam edib. Burada tərəfdaşlıq əlaqələrinın inkişafı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.