Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniçski Sumqayıta səfər edib. Bu haqda 8 iyun tarixində Sumqayıt24 şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Səfər çərçivəsində nazir Kristof Szalay-Bobrovniçski, Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma Sumqayıtda yerləşən Alman əsirləri qəbiristanlığını ziyarət ediblər.
Əvvəlcə hərbi əsirlərin xatirəsinə ucaldılmış abidə önünə əklil və tər gül dəstələri düzülüb. Bildirilib ki, qəbiristanlıq mütəmadi olaraq diqqət mərkəzində saxlanılır, iməciliklər aparılır.
Tədbir zamanı Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniçski tərəfindən Zakir Fərəcova hədiyyə təqdim olunub.