Sumqayıtda minik avtomobili qəzaya düşüb. Sumqayıt24 bu haqda 8 may tarixində xəbər verir.
Hadisə mayın 7-də axşam saatlarında Məhəmməd Əsədov küçəsində baş verib. Şahidlərin sözlərinə görə, “Renault” işıqforun önündə digər avtomobillə toqquşub. Nəticədə nəqliyyat vasitəsinin ön hissəsi yararsız vəziyyətə düşüb.
Xəsarət alanların olub-olmaması məlum deyil.