Sumqayıt Bələdiyyəsində maarifləndirici tədbir keçirilib. Bu haqda 1 aprel tarixində Sumqayıt24 DünyaTV-yə istinadən xəbər verir.
Tədbir “Məişət zorakılığına qarşı mübarizə” mövzusuna həsr olunub. Çıxış edənlər görüş iştirakçılarına məişət zorakılıgı anlayışı, formaları, müdafiə üsulları, o cümlədən məişət zorakılığının təsirləri haqda bəhs ediblər.
Diqqətə çatdırılıb ki, şəhərdə yerləşən bələdiyyələrin inzibati binalarında xüsusi qutular yerləşdirilib. Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməyə çəkinən vətəndaşlar öz şikayətlərini məktub şəklində həmin qutulara daxil edə bilərlər. Toplantı iştirakçıların sual-cavabları ilə yekunlaşıb.