Sumqayıt Heydər Əliyev Mərkəzinə 35 saylı tam orta məktəbin şagirdləri ekskursiya ediblər. Bu haqda 5 aprel tarixində Sumqayıt24 Mərkəzə istinadən xəbər verir.
Məktəblilərə Mərkəzin muzey bölməsində toplanmış ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə eks etdirən eksponat və fotostendlər haqqında məlumat verilib. Ziyarət Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər planına uğun olaraq təşkil olunub.