Sumqayıt şəhər 28 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Bu haqda 8 aprel tarixində Sumqayıt24 mərkəzə istinadən xəbər verir.
Ekskursiya ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Məktəblilərə mərkəzin muzey bölməsində toplanmış ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında məlumat verilib.