Sumqayıtın Ə.Kərimli adına Poeziya Evində maarifləndirici tədbir keçirilib. Bu haqda 31 may tarixində Sumqayıt24 Mədəniyyət Xəbərlərinə istinadən məlumat verir.
Məktəblilərin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə narkomaniyaya qarşı görülmüş işlərlə bağlı geniş məlumat verilib. İştirakçılara narkotik maddələrdən uzaq olmağın yolları izah edilib. Məktəblilər ekspert qismində dəvət almış qonaqlara mövzu ilə bağlı suallar ünvanlayıblar. Sonda xatirə şəkilləri çəkilib.