Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri şagirdlərə maarifləndirici təlim keçiblər. Bu haqda 31 mart tarixində Sumqayıt24 Qızıl Aypara Cəmiyyətinə istinadən xəbər verir.
“Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında təlim 17 saylı orta məktəbdə təşkil olunub. Seminar zamanı könüllülər iştirakçılara hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri barədə ətraflı məlumat veriblər.
Sessiya, həmçinin şagirdlər üçün interaktiv məşğələləri əhatə edib və sual-cavabla başa çatıb.