Sumqayıt Gənclər Evində “Təbiətin arzusu” adlı tədbir keçirilib. Bu haqda 22 iyun tarixində Sumqayıt24 məlumat verir.
Tədbir “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Burada 27 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Məmmədova və 7a sinif şagirdləri iştirak ediblər. Şagirdlər insanları təbiəti qorumaq naminə, Böyük Qayıdış çərçivəsində işğaldan azad olunan ərazilərdə biomüxtəlifliyi, habelə nadir və itməkdə olan bitki növlərini bərpa etmək naminə həmrəy olmağa səsləyiblər.