Sumqayıtda ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Tariximizi işıqlandıran 100 illik məşəl” adlı tədbir keçirilib. Bu haqda 21 aprel tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.
Ə. Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin və H.Z. Tağıyev qəsəbəsi 6 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tədris ocaqlarının direktorları, İcra və Bələdiyyə orqanlarının nümayəndələri, müəllim və şagird kollektivi iştirak ediblər.
İlk olaraq, yığıncaq Dövlət Himni ilə başlayıb. Aparıcı dahi şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətininin daha yaxından öyrənilməsi üçün böyük fürsət olduğunu iştirakçıların diqqətinə çatdırıb. Məktəblilər ulu öndər Heydər Əliyevə həsr olunan şeirlər söyləyiblər.
Daha sonra Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifalarında müxtəlif musiqi nömrələri: xor ifa ilə “Eloğlu” mahnısı, Nicat Rəsulzadənin ifasında “Küçələrə su səpmişəm” xalq mahnısı, “Fidanlar” rəqs qrupunun ifasında “Bayram suitası”rəqsi, Firudin Ağayevin ifasında “Ömür deyir yaşa hələ”, uşaqlardan ibarət ansamblın müşayiəti ilə Etibar Qasımbəylinin ifasında “Azərbaycan” mahnısı kimi nömrələr səsləndirilib.