Sumqayıt şəhər N. Gəncəvi adına Kitabxana klubunda “Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib. Bu haqda 15 aprel tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən xəbər verir.
“Heydər Əliyev ili” çərçivəsində təşkil olunan tədbirdə 24 nömrəli məktəbin 5-ci sinif şagirdləri və müəllim kollektivi iştirak edib. Əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın böyük mütəxəssisi Ayna Sadıxova Ulu Öndərin həyatı, çoxşaxəli fəaliyyəti, ölkəmizin bütün sahələrində göstərdiyi əvəzsiz xidmətləri haqqında danışıb.
Sonda şagirdlər ulu öndərə həsr olunan şeirlər səsləndirib, mahnı ifa ediblər.