Sumqayıt şəhər Q. Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi yarışmada mükafatlandırılıb. Bu haqda 14 mart tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Tədris ocağının fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Zəhra Kərimova ABŞ-də keçirilən virtual Piano yarışmasında 1-ci yerə layiq görülüb. Məktəbli diplomla təltif olunub. Şagirdi müsabiqəyə müəlliməsi Təranə Eminli hazırlayıb.