Sumqayıt tədris ocağının şagirdi "El bilir ki, sən mənimsən..." adlı respublika rəsm və əl işi müsabiqəsində uğur qazanıb. Sumqayıt24 bu haqda 11 may tarixində xəbər verir.
Müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. 12 nömrəli məktəbin 8c sinif şagirdi Musayev Musa "Rəsm" nominasiyasında 1-ci yerə layiq görülüb. Məktəbli Fəxri Fərmanla təltif olunub.