Sumqayıtda uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə ötən gün axşam saatlarında baş verib. Çağırış üzrə FHN-in xilasetmə qüvvələri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış azyaşlı xilas olunub.