Sumqayıtda yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 16 mart tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə 3-cü mikrorayonda yerləşən beşmərtəbəli yaşayış binasında baş verib. Çağırış üzrə cəlb olunan xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə edərək binanın 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub və yaşlı qadına köməklik göstəriblər.