Sumqayıtda “Eyruzun ömür kitabı” adlı kitabın təqdimatı keçirilib. Sumqayıt24 bu haqda 11 fevral tarixində “Mədəniyyət Xəbərləri”nə istinadən xəbər verir.
Yazıçı-tərcüməçi Arif Ərşadın Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Eyruz Məmmədova həsr edilən kitabının təqdimatı S.Vurğun adına Mərkəzi Kitabxanada baş tutub. Şəhərimizin ziyalılarının, kitabxananın əməkdaşlarının və oxucularının iştirakı ilə keçirilən toplantıda ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər kitab haqqında öz fikirlərini bildirməklə yanaşı, E. Məmmədovun vəzifəsindən asılı olmayaraq, qələmi ilə haqqı, ədaləti həmişə müdafiə etmək kimi xüsusiyyətlərindən də bəhs ediblər.
Sonda tədbir səbəbkarı öz çıxışında müəllifə, qələm dostlarına, ümumiyyətlə bütün iştirakçılara təşəkkürünü bildirib.