Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıtda ictimai dinləmə keçirib. Bu haqda 8 aprel tarixində Sumqayıt24 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Tədbir “Məşğulluğa Dəstək layihəsi” barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədi daşıyıb.
İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərin iştirakı ilə baş tutan tədbirdə layihənin hədəf və məqsədləri, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib. Layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.