Tanınmış ekspert dünyasını dəyişib. Sumqayıt24 bu haqda 27 may tarixində Bizim.media-ya istinadən xəbər verir.
Mərhum hərbi analitik, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri ehtiyatda olan polkovnik-leytenant Alparslan İmamqulu mədə xərçəngindən əziyyət çəkirdi.
Onunla vida mərasimi 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən evində keçiriləcək. Mərhum Sumqayıt qəbiristanlığında dəfn olunacaq.