Sumqayıtın neft-kimya sənayesinə ağır itki üz verib. Sumqayıt24 bu haqda Xeberle.com-a istinadən xəbər verir.
Fərdi Prezident təqaüdçüsü, Əməkdar mühəndis, Respublika Dövlət mükafatı laureatı, SSRİ-nin "Əlaçı kimyaçısı", "Əlaçı səmərələşdiricisi” və ixtiraçısı, keçmiş Sumqayıt "Kimyasənaye” İB-nin Sulfanol istehsalatının rəisi və baş mühəndisin müavini vəzifələrində çalışmış, ömrünün 50 ilini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş görkəmli istehsalatçı-kimyaçı Zülfi Sadıxov 81 yaşında vəfat edib.
Sumqayıtın sonuncu ən çox titullu-ordenli, şöhrətli əmək adamı, vətənpərvər ziyalı Z. Sadıxov uzun müddət xəstəlikdən əziyyət çəkirdi.