Türkiyəli müğənni Sərvər Bəşirliyə jest edib. Sumqayıt24 bu haqda 8 may tarixində xəbər verir.
Məşhur sənətçi Hadisə Bakıda konsert verib. O, konsertə yardım maşını ilə məşhurlaşan Ceyranbatan sakini Sərvəri də dəvət edib. Hadisə həmyerlimizi səhnəyə çağırıb və ona Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstəyi üçün təşəkkür edib.