Sumqayıt Tibb Mərkəzi (STM) 7 yaşlı Fərid Bakarovla bağlı açıqlama verib. Sumqayıt24 bu haqda 2 may tarixində Apa.az-a istinadən xəbər verir.
Bildirilib ki, uşaq 29 aprel saat 18:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. Onun vəziyyəti həddən artıq ağır qiymətləndirilib və buna görə Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb. Xəstəyə növbətçi cərrah, növbətçi travmatoloq tərəfindən baxılıb:
"Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük, kürək nahiyəsində və hər iki aşağı ətraflarda isə müxtəlif ölçüdə qançırların olduğu məlum olub.
Xəstəyə qanın ümumi müayinəsi, koaquloqramma və s. təyin edilib. Daxili orqanların USM müayinəsi zamanı ciddi patologiya aşkar edilməyib.
Aparılan tədbirlərə baxmayaraq, xəstədə saat 19:50 radələrində bioloji ölüm baş verib. Hadisə barədə polisə məlumat verilib. Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə göndərilib.
Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub".