Sarayda baş vermiş yol qəzasında xəsarət alan Xalq artisti Mehriban Zəkinin səhhəti ilə bağlı vəziyyəti açıqlanıb. Bu haqda 31 mart tarixində Sumqayıt24 Apa.az-a istinadən xəbər verir.
Xalq artistinin həmkarı Turan Uğurun təqdim etdiyi məlumata görə, aktrisanın vəziyyəti yaxşıdır: “Səhhəti normallaşıb, ya sabah, ya da bazar günü evə buraxılması gözlənilir”.
Daha öncə sözügedən avtoqəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dünyasını dəyişdiyi haqda məlumat vermişdik.