"DeFacto" mağazaları Azərbaycanda fəaliyyətini tam dayandırıb.
Modern.az--ın məlumatına görə, Türkiyənin geyim markasının Sumqayıt, Bakı və Gəncədəki filialları ölkə bazarından tamamilə çıxıb.
Qeyd edək ki, Türkiyənin hazır geyim və moda markalarından biri olan "DeFacto" 2015-ci ildə Azərbaycan bazarına daxil olub. Bir müddət əvvəl mağazaların fəaliyyətinin dayandırılması barədə xəbərlər yayılıb.