41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynova vətəndaş qəbulu keçirib. Bu haqda 24 iyun tarixində Sumqayıt24 xəbər verir.
Yeni Azərbaycan Partiyası (YAP) şəhər təşkilatının inzibati binasında təşkil olunan görüşdə millət vəkili vətəndaşların müraciət və təkliflərini dinləyib. Sakinlər, əsasən, ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.
Görüşdə seçicilərin müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər müraciətlərin bir qisminin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.