top
Milli mətbuatın banisi Həsən bəy Zərdabinin DOĞUM GÜNÜDÜR
27 iyun 2025, 22:54
- ↺ +

Milli mətbuatın banisi Həsən bəy Zərdabinin DOĞUM GÜNÜDÜR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

28 iyun tarixi Azərbaycan milli mətbuatının əsasını qoyan görkəmli maarifçi, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi Həsən bəy Zərdabinin doğum günüdür.

Sumqayit24.az xəbər verir ki, Həsən bəy Məlikov (Zərdabi) 28 iyun 1837-ci ildə keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub.

İlk təhsilini mollaxanada alıb, sonra Şamaxı qəza məktəbində oxuyub, orta təhsilini Tiflisdə tamamlayıb. 1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirib.

Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyib. Daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlayıb.

Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap etmək üçün hökumətə müraciət edib. Bununla əlaqədar böyük mütəfəkkir İstanbuldan hürufat gətizdirib və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olub. Bu mətbu orqanla Azərbaycan milli mətbuatının əsası qoyulub.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.

Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görüblər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra biliblər.

1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur olub.

1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başlayıb.

O, həyatının son illərində Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edib.

İflic xəstəliyinə tutulmuş H.B.Zərdabi 1907-ci il noyabr ayının 28-də vəfat edib. Məzarı hazırda Fəxri Xiyabandadır.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Dünən, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Dünən, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Dünən, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Dünən, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Dünən, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Dünən, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
30 oktyabr 2026, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

Oxşar xəbərlər