Sumqayıt sakini faciəli şəkildə ölüb. Sumqayıt24 bu haqda 29 aprel tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Hadisə Tərtər rayonunun Tapqaraqoyunlu kəndində minalardan təmizlənməmiş ərazidə baş verib. Tank əleyhinə minanın partlayışı nəticəsində RPS Energy Ltd. şirkətinin əməkdaşları - 27 yaşlı Fərid Sədiyev (Sumqayıt şəhəri), 41 yaşlı Nadir Yusifov və 42 yaşlı Səxavət Gözəlov həlak olublar.
Cəsədlər ərazidən çıxarılıb və Tərtər morquna verilib.