Sumqayıt şəhər Y. Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin müəllimi mükafatlandırılıb. Bu haqda 6 mart taixində Sumqayıt24 təhsil müəssisəsinə istinadən xəbər verir.
Təhsil ocağının coğrafiya müəllimi Səbinə Alıyeva 5 Mart - Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirlər çərçivəsində “İnsan həyatında idmanın rolu, idmanla məşğul olmanın faydaları” mövzusuna dair yarışmada iştirakına görə diplomla təltif olunub. S.Alıyeva çoxsaylı yarışlarda Respublika çempionatında 1-ci, 2-ci, 3-cü yerlərə çıxıb.