Sumqayıtda müəllimlərə “Dinlə və öyrən” layihəsinin audiodiskli vəsaiti təqdim olunub. Sumqayıt24 bu haqda 15 aprel tarixində DünyaTV-yə istinadən xəbər verir.
Sözügedən layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi seçilib. “Dinlə və öyrən”in rəhbəri, 11 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Qurbanzadə bildirib ki, vəsaitlər Bakı və Gəncə şəhərlərində, həmçinin Ağdaş rayonunda da müəllimlərə paylanılıb.
Qeyd edək ki, Bakı müəllimlərinin köməyi ilə ərsəyə gəlmiş layihənin məqsədi pedaqoqlar üçün metodik dəstəyin təkmilləşdirilməsi olub.