top
“Murov Qartalı” və Seymur Baxışov mövlududur
12 iyul 2023, 05:50
- +

“Murov Qartalı” və Seymur Baxışov mövlududur

Qarabağ müharibəsi qazisi Raquf Orucov 12 iyul 1972-ci ildə Ağdamın Cinli kəndində anadan olub.

Ailənin birinci övladı olan Raqufun üç qardaşı və bir bacısı var idi. Orucov 1990-cı ildə Sovet Qoşunlarında xidmət edib, sonra oradan ayrılaraq Azərbaycan Ordusunun sıralarına qoşulub, 3-4 ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ağır qəlpə yarası alıb.

Onun anası Raya xanım 1993-cü ilin 12 iyun tarixində Cinli kəndinin işğalı nəticəsində həlak olub. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, lakin ertəsi il qəbul ola bilib.

Raquf Orucov burada oxuduğu iki il ərzində lazımi biliklərə yiyələnib. Həmin məktəbi bitirdikdən sonra Bakıdakı hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri olub.

2016-cı ilin aprel ayının əvvəlində polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb. O gecə hərbçilərimiz Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid olublar. Onların içərisində ömrünün 26 ilini hərbi işə həsr etmiş “Murov Qartalı”da var idi.

Aprelin 5-də şəhid Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıtda baş tutan dəfn mərasiminə minlərlə insan, Müdafiə Nazirliyinin ali rütbəli zabitləri iştirak ediblər.

Bu gün, “Aprel döyüşlər”i şəhidi Seymur Baxışovun da mövlududur. O, 1987-ci ildə Sumqayıtda dünyaya göz açıb.

Kiçik gizir 1994-2005-ci illərdə 14 nömrəli məktəbdə təhsil alıb. O, 2009-cu ildə Aynur adlı xanımla ailə həyatı qurub, Amin adında bir övladları dünyaya gəlib.

Seymur Baxışov 2 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub.

Onun cənazəsi aprelin 19-u ərazidən götürülüb, sabahısı gün isə doğulduğu Sumqayıtın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıblar.

Kiçik gizir Seymur Baxışov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. 2017-ci ildə onun yaşadığı binanın qarşısında xatirə lövhəsi qoyulub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Bu gün, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtda yeni üsul - Divarlar zibil qutusu "vəzifəsində"

Bütün xəbərlər
Bu gün, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Bu gün, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Bu gün, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Bu gün, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Bu gün, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Bu gün, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

İdman
Dünən, 14:17

İki böyük şəhərin komandaları üz-üzə gələcək

Oxşar xəbərlər