Narkokuryerlik edən Sumqayıt sakini Əhməd Qarayev saxlanılıb.
Sumqayit24.az DİN-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ondan 1 kiloqram heroin və marixuana aşkarlanıb.
Ə.Qarayev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.